Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2019

Ankara və Tehranın arasını vurmaq üçün təxribat... - İbrahimov

Türkiyə və İran liderləri Soçidə İdliblə bağlı prosesi sürətləndirəcək.

Bunu Rusiya Postsovet Araşdırmalar Mərkəzinin siyasi eksperti Fərhad İbrahimov Putin-Ərdoğan-Ruhani zirvəsini şərh edərkən bildirib.

"İdlib bütövlükdə Nüsrə Cəbhəsinin nəzarətindədir. Tehran bu vilayətin tamamilə terrorçulardan təmizlənməsini və nəzarətin Suriya hökumətinə keçməsini istəyir və bu istəyindən də geri çəkilmir. İran Türkiyənin mövqeyini də anlayır, lakin İdlibi son qalalardan biri kimi görür. Bu səbəbdən İran rəhbərliyi ölkədəki iqtisadi böhranla bağlı çətinliklərə baxmayaraq, İdlib məsələsində Dəməşqə dəstək verməyə davam etdirir.

İran, Rusiyanın və  Türkiyə  yaxınlaşması, əlbəttə ki, Yaxın Şərqi bölməyə çalışanların planlarına daxil deyil. Bu səbəbdən Ankara və Tehran arasında münasibətləri əngəlləmək üçün təxribatlar gözləniləndir".

Qeyd edək ki, Rusiya, Türkiyə və İran liderlərinin iştirakı ilə fevralın 14-də Soçidə zirvə görüşü keçiriləcək.


406 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP