Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2019

Əfqanıstanda taliblərin hücumu zamanı təhlükəsizlik qüvvələrinin 38 əməkdaşı ölüb

Əfqanıstanın şimal-şərqindəki Bağlan vilayətində radikal "Taliban" hərəkatının silahlılarının nəzarət-buraxılış məntəqəsinə hücumu zamanı azı 10 polis ölüb.

"Tolo News" xəbər verir ki, hadisə dünən gecə baş verib.

Daha 28 təhlükəsizlik qüvvələri əməkdaşı isə taliblərin Kunduz vilayətində həyata keçirdiyi hücum nəticəsində həlak olub. Hadisənin təfərrüatları barədə məlumat verilmir.
Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə daha əvvəl ölkənin kənd ərazilərinin böyük hissəsinə nəzarət edən, indi isə istiqaməti böyük şəhərlərə salan radikal "Taliban" hərəkatının silahlıları arasında qarşıdurma gedir.


100 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.02.19, 22:54
5 uşaq atası intihar edib
13.02.19, 09:59
Köhnə hamam, köhnə tas
Go to TOP