Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2019

İran İslam İnqilabının ildönümündə böyük əfv olacaq

İran İslam İnqilabının 40-cı ildönümü ilə əlaqədar elan ediləcək amnistiya aktına əsasən 50 min məhkum əfv ediləcək.

Bunu İranın məhkəmə hakimiyyətinin rəhbəri Ayətullah Sadiq Amoli Laricani keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, azadlığa buraxılanlarla yanaşı, bir sıra məhkumların da cəzaları yüngülləşdiriləcək.

Konfransda iştirak edən Tehran şəhərinin prokuroru Abbas Cəfər Dövlətəbadi isə diqqətə çatdırıb ki, əfv olunacaq məhkumların siyahısı hazırdır və məhkəmə hakimiyyətinə təqdim olunub.

Xatırladaq ki, İran qanunlarına görə əfv və amnistiya aktı elan etmək səlahiyyəti yalnız Ali Dini Rəhbər Ayətullah Seyid Əli Xameneiyə məxsusdur. Qanuna əsasən, siyahı Ali Rəhbərə təqdim olunacaq, Ali Rəhbər isə sənədlə tanış olduqdan sonra onu təsdiq edəcək və icrası üçün sərəncam imzalayacaq.


93 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.02.19, 22:54
5 uşaq atası intihar edib
13.02.19, 09:59
Köhnə hamam, köhnə tas
Go to TOP