Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2019

“Hizbullah”dan ABŞ-a: İrana hücum etsəniz, əllərinizi kəsərik!

“ParsToday”-in verdiyi xəbərə əsasən, İraq “Hizbullah”ının rəsmisi Cəfər əl-Hüseyni deyib ki, “əgər ABŞ İraq ərazisindən İran və ya Suriyaya hücum etmək qərarına gəlsə, biz onun əllərini kəsərik”.

İraqlı rəsmi bildirib ki, ABŞ prezidenti Donald Tramp İraq ərazisindən İrana hücum barədə əsla düşünə də bilməz.

“İraq parlamenti ABŞ qoşunlarının İraqdan çıxarılması məsələsi ilə məşğul olduğu zamanda, müqavimət dəstələri heç vaxt sonsuzadək gözləməyəcək. İraqlı deputatlar ABŞ qoşunlarının ölkədən çıxarılması haqda qanun layihəsi hazırlamalıdır”, - deyə o bəyan edib.

Xatırladaq ki Tramp ötən günü bildirib ki, ABŞ qoşunlarını İraqdan çıxarmaq niyyətində deyil. “Biz İraqda bu hərbi bazanın tikintisinə böyük xərclər tökdük və bizim onu saxlamaq səbəblərimizdən biri də İrana qarşı daha ehtiyatlı olmaq istəməyimdir. Çünki İran əsl problemdir”, - deyə Tramp əlavə edib.

Əl-Hüseyni Trampın son bəyanatlarını İraqın rəsmi qərarına qarşı addım adlandırıb. Bu addım isə İraqın suverenliyinə zərbə endirir. O qeyd edib ki, ABŞ qüvvələrinin İraqın ərazilərində sərbəst hərəkət imkanı yoxdur və hücum etmək haqqı da yoxdur.

“İran öz qüdrəti və imkanları ilə özünü qorumaq iqtidarındadır və ABŞ da bunu gözəl bilir”, - deyə əl-Hüseyni bildirib./islamazeri/


107 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.02.19, 22:54
5 uşaq atası intihar edib
13.02.19, 09:59
Köhnə hamam, köhnə tas
Go to TOP