Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2019

İŞİD-in 7 il əvvəl oğurladığı jurnalist sağdır - Rəsmi

İŞİD terror qruplaşması tərəfindən yeddi il əvvəl Suriyada oğurlanmış britaniyalı jurnalist Con Kentli hələ də sağdır.

Bu barədə "Qardian" qəzeti İngiltərə Daxili İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Nəşrin məlumatına əsasən, Britaniya DİN rəhbərinin təhlükəsizlik məsələləri üzrə müavini Ben Uolles jurnalistlərlə görüşündə təfərrüatlara varmaqdan imtina edib. O, həmçinin terrorçuların jurnalisti hazırda harada saxladıqları barədə də informasiya verməyib.

"Sandey Tayms" qəzetinin fotomüxbiri Con Kentli 2012-ci ilin iyulunda əsir götürülmüşdü.

“İzvestiya” qəzetində verilən digər xəbərə görə, onu sağ olaraq axırıncı dəfə 2016-cı ildə Mosulda çəkilmiş kadrlarda görmüşdülər. Qəzet terrorçuların Kentli ilə birlikdə əsir aldıqları amerikalı müxbir Ceyms Foulini iki il sonra edam etdiklərini yazır.


276 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.04.19, 18:28
İranda güclü qar yağıb
19.04.19, 11:23
Tramp sorğuda uduzdu
18.04.19, 08:44
AB-dən ABŞ-a şok zərbə
17.04.19, 09:32
Möcüzə edən zikr
Go to TOP