Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2019

Ayətullah Sistani Trampın İran barədə açıqlamasına cavab verdi

Həzrət Ayətullah əl-üzma Sistani ABŞ prezidentinin müdaxilə xarakterli açıqlamasına münasibət bildirərək vurğulayıb ki, İraq başqa bir ölkəyə zərər yetirmək üçün qərargaha çevrilməməlidir.

Ayətullah Sistani çərşənbə günü BMT-nin xüsusi nümayəndəsi xanım Cenin Henis Plasçartla görüşündə deyib: “İraq bütün qonşu ölkələrlə və digər dövlətlərlə yaxşı, mötədil, sülh və ortaq maraqlara söykənən, müdaxilədən uzaq, suverenlik və müstəqilliyə hörmətlə yanaşan münasibətlər qurmaq ardıncadır.”

Təqlid mərcəsi təkid edib: “İraq digər ölkələrə zərər yetirmək üçün qərargaha çevrilməməlidir.”
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün bundan əvvəl demişdi ki, İraqda yaxşı qərargahımız (Əl-Ənbar əyalətində Eynul-əsəd qərargahı) vardır. Bu qərargah vasitəsilə İranı və bütün regionu izləyəcəyk və nəzarətdə saxlayacağıq.


110 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.02.19, 22:54
5 uşaq atası intihar edib
13.02.19, 09:59
Köhnə hamam, köhnə tas
Go to TOP