Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2019

Bakıda 27 yaşlı oğlanla 25 yaşlı qızın öldürülməsi barədə yeni faktlar

Fevralın 5-də Bakı şəhər Binəqədi rayonu "28 May" qəsəbəsində yerləşən evdə 2 nəfərin qətlə yetirilməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.

Qohumları tərəfindən öldürülən 27 yaşlı Məmmədov İlkin Elman oğlu ilə 25 yaşlı Muradzadə Sevinc Yaşar qızı 2017-ci ildə ailə həyatı qurubmuş. Gəncə şəhər sakini olan İlkinlə Beyləqanda anadan olmuş Sevincin izdivacı uzun sürməyib və onlar boşanmaq qərarına gəliblər. Bundan sonra 25 yaşlı qadın körpə övladı ilə evi tərk edib. İlkin isə Binəqədi rayonu ərazisində yaşamağa davam edib və avtomobil təmiri sexində işləyib.

Bildirilir ki, Sevinc Muradzadənin ailəsində yaranan problemlər, onun ərindən boşanması və deyilən xoşagəlməz fikirlər onun qohumu, Beyləqan rayonunun 30 yaşlı sakini Behbudov Vəli Əli oğlunu narahat edib. O, S.Muradzadə ilə İlkini görüşdürmək qərarına gəlib və həmin görüş zamanı dava-dalaş düşüb. Münaqişə zəminində Vəli Behbudov İlkinə çoxsaylı bıçaq zərbələri endirib, qadını isə boğaraq öldürüb. O daha sonra Nərimanov rayon Polis İdarəsinə gedərək əməlini könüllü etiraf edərək təslim olub.


533 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP