Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2019

Maduro:"Kim ki, danışıqları istəmir, yəqin nədənsə qorxur"

Venesuela prezidenti Nikolas MaduroKarakasın mərkəzindəki Bolivar meydanında çıxışı zamanı bildirib ki, ölkə müxalifəti danışıqlardan qorxur.

Bildirilir ki, Maduro Venesuelanın gələcəyi üçün yeganə çıxış yolunun tərəflərin danışıqlar masasına əyləşməkdən ibarət olduğunu vurğulayıb.

“ABŞ-ın sabiq prezidenti Con Kennedi deyirdi: “Heç vaxt qorxudan danışıqlar aparma, amma heç vaxt da danışıqlardan qorxma”. Kim ki, danışıqları istəmir, yəqin nədənsə qorxur. Bu, həqiqət qarşısında qorxudur”, – deyə Maduro əlavə edib.

Daha əvvəl dövlət başçısı bildirib ki, yaxın zamanlarda Venesuelada prezident seçkiləri olmayacaq.


110 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.02.19, 22:54
5 uşaq atası intihar edib
13.02.19, 09:59
Köhnə hamam, köhnə tas
Go to TOP