Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2019

İşğalçılar Qarabağa daha bir yeni yol çəkilişinə start verdi - FOTO

Biz hələ gözümüzü Qərbin, Rusiyanın, ATƏT-in, AŞ-ın, ABŞ-ın yeni “yol xəritələri”nə dikək...

Ermənilər işğal altındakı Azərbaycan torpaqlarını Ermənistanla birləşdirəcək daha bir magistral yol çəkməyə start veriblər.

Bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb. Məlumata görə, qondarma separatçı-terrorçu rejimin “dövlət naziri” adlanan Qriqori Martirosyan adlı məxluq dünən fevralın 7-də işğal altındakı Zəngilan rayonuna səfəri zamanı “Kovsakan” adlandırılmış rayon mərkəzini Ermənistanın Qafan şəhəri ilə birləşdirəcək yeni yolun çəkiləcəyindən danışıb. Həmin şəhərlər arasındakı yol sovet vaxtında da olub. Lakin işğaldan sonra bərbad vəziyyətə düşüb. Ermənilər bu yolu Qarabağla birləşdirəcək 4-cü yol hesab edirlər(Qafan-Zəngilan-Hadrut-Xankəndi). Xatırladaq ki, digər iki əsas yol(Gorus-Laçın-Şuşa-Xankəndi və Basarkeçər-Kəlbəcər-Ağdərə-Xankəndi) son illərdə tam abadlaşdırılıb. Başqa bir yol isə tam işlək olmayan Gorus-Qubadlı-Hadrut-Xankəndi yoludur.

Q.Martirosyanın Zəngilandakı müşavirədə söylədiyinə görə, 2019-cu ildə layihələşdiriləcək yeni Qafan-Zəngilan yolunun uzunluğu 32 km olacaq. Əvvəlki qrunt yolun da asfaltlaşdırılması nəzərdə tutulur.

P.S. Biz hələ gözümüzü Qərbin, Rusiyanın, ATƏT-in, AŞ-ın, ABŞ-ın torpaqlarımızı guya qaytaracaq yeni “yol xəritələri”nə dikək.../moderator/


698 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP