Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2019

İran hesablama mexanizmini dialoq üçün ilk addım hesab edir

Tehran Avropa ölkələri tərəfindən təklif olunan yeni maliyyə hesablama mexanizmini dialoq və sabitlik istiqamətində atılan ilk addım kimi qiymətləndirir.

Bunu "Rossiya 24" telekanalının efirində İranın Rusiyadakı səfiri Mehdi Sanai deyib.

Bildirilir ki, söhbət Avropanın iqtisadi fiqurları ilə İran arasında qanuni kommersiya tranzaksiyalarının sadələşdirilməsinə yönəlmiş xüsusi mexanizmdən gedir.

"Avropalı həmkarların təklif etdikləri maliyyə mexanizmi özlüyündə ciddi addımdır. Avropa Birliyi və ya bir sıra Birlik ölkələri dialoq və dünyada sabitlik naminə müstəqil qərar verə bilərlər", - deyə o bildirib.


256 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.04.19, 08:44
AB-dən ABŞ-a şok zərbə
17.04.19, 09:32
Möcüzə edən zikr
Go to TOP