Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2019

“Bakı Bus” avtobusları 3 piyadanı vurdu: 1 ölü, 2 yaralı

“Bakı Bus”a məxsus avtobuslar 3 piyadanı vurub, biri ölüb, ikisi xəsarət alıb.

Report xəbər verir ki, hadisələrdən biri ötən gün paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.

Bakı Bus MMC-yə məxsus, 99 JH 068 dövlət qeydiyyat nişanlı “İveko” markalı avtobus yolu keçən ahıl yaşlı Mehriban Hüseynovanı vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib

Digər hadisə isə ötən gün axşam saatlarında Binəqədi rayonu 8-ci mikrorayon ərazisində baş verib. “Bakı Bus”a məxsus, 99 JH 075 dövlət qeydiyyat nişanlı “İveko” markalı avtobus 2 piyadanı vurub. Xəsarət alan piyadalardan biri evə buraxılıb. 1949-cu il təvəllüdlü Dinar Həmidzadə ağır kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


103 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.02.19, 22:54
5 uşaq atası intihar edib
13.02.19, 09:59
Köhnə hamam, köhnə tas
Go to TOP