Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2019

Tramp İrana səfər etmək istəyir; 5 ölkə vasitəçilik edir

Livanın “Əl-Məyadin” televiziya kanalında İranda İslam İnqilabının 40 illiyinə həsr edilmiş “İran və dünya” adlı verliş yayımlanıb. Dəyirmi masa şəklində baş tutan bu veriliş “40 il İran-Fələstin münasibətləri”, “40 il İran-Amerika münasibətləri” dəyirmi masalarından sonra bu dəfə “40 il İran-Avropa münasibətləri” mövzusunda olsa da, söhbət hər dəfə olduğu kimi İran-Amerika münasibətlərinə gəlib çıxıb.
Verlişin qonaqları Tehran studiyasında İranın sabiq diplomatı Əmir Musəvi, Beyrut studiyasında livanlı jurnalist və təhlilçi Tövfiq Şuman, Parisdə Paris Universitetinin beynəlxalq münasibətlər üzrə müəllimi, Geopolitik Araşdırmalar Mərkəzinin üzvü Xətar Əbu Dayyab olub. 

Verlişin iki qonağı bildiriblər ki, hal-hazırda Amerika tərəfindən 5 ölkə Donald Trampın İranla birbaşa danışıqlara və Tehrana səfər etməyə hazır olduğunu Tehrana çatdırıblar.
Hələ ki, heç bir rəsmi mənbə bu xəbəri təsdiq etməyib. Çox güman ki, yaxın saatlarda, yaxud günlərdə bu xəbərə münasibət bildiriləcək.
Verlişin qonaqlarının açıqlamalarına əsasən, ABŞ prezidenti nüvə sülh sazişindən çıxmasını elan etsə də, İranla birbaşa görüş və müzakirə etmək ardıncadır. Lakin Tehran Vaşinqtona güvənmir və bilir ki, ABŞ müzakirə üçün müzakirə ardıncadır və bu vasitə ilə regionda öz varlığını qanuniləşdirmək istəyir.
Verlişdə aparıcı və qonaqlar arasında getmiş müsahibədən bir hissəsini təqdim edirik:
Əl-Məyadin: - İran Avropanın hərəkətləri qarşısında nə edə bilər və İranın əlində hansı təzyiq vasitələri vardır?
Əmir Musəvi: - İran heç vaxt Avropaya güvənməyib və avropalıların özlərinin də problemləri olub və vardır. Ona görə də İran həmişə özü üçün əvəzedici yollar saxlamışdır.
Müqavimət iqtisadiyyatı İmam Xameneinin təkid etdiyi ən mühüm məsələdir. Ondan sonra müxtəlif münasibətlərə təkid edir.
- Hansı səmtə olan münasibətlərə təkid olunur?
- Regional və beynəlxalq səviyyədə münasibətlərə.
- Rusiya, Türkiyə və..
- Rusiya, Türkiyə, Çin, Hindistan, Latın Amerikası. Məncə alternativ yollar tapmaq mümkündür. İran bundan əvvəl daha ağır sanksiyalardan başıuca çıxmışdır və unutmaq olmaz ki, Amerikanın hal-hazırkı sanksiyaları elə də ciddi deyil. Çünki birinci, bir sıra ölkələri bu sanksiyalardan azad etmişdir. İkincisi isə sanksiyalarla yanaşı İranla əlaqə yaratmağa təlaş edir.
- Bu işi necə edir?
- Məsqət və digər ölkələrə elçilər göndərmək vasitəsilə. Onun tərəfindən Tehrana ismarışlar gəlir.
- Hansı ismarışlar gəlib?
- Tramp və Ruhani arasında birbaşa müzakirələrin baş tutması ilə bağlı.
- Bu mümkündürmü?
- Məndə olan məlumata görə, ötən həftə Vaşinqtondan Ruhani ilə birbaşa danışıqların baş tutması ilə bağlı xəbər gəldi. Hətta Tramp Tehrana səfər etməyə hazır olduğunu bildirib.
- Tramp Tehrana gəlməyə hazır olduğunu bildirib?
- Bəli. Amma Tehran bunu qəbul etməyib.
- Bu ismarışı kim gətirib?
- Bəzi ölkələr vasitəçilik edir.
- Oman?
- Vasitəçilərdən biri Omandır.
- Almaniya da bu işdə varmı?
- İki Avropa ölkəsi vardır.
- Fransa və Almaniya?
- Yaxşı olar ki, bu ölkələrin adını çəkməyək. İki Avropa ölkəsi, iki ərəb ölkəsi və bir Şərqi Asiya ölkəsi.
Hal-hazırda 5 ölkə Trampın İranla əlaqə yaratması üçün bu şəraiti yaratmağa təlaş edir. Tramp və onun kürəkəni tərəfindən ismarışlar Tehrana çatdırılır.
- O ərəb ölkəsi hansıdır? Qətər? Oman?
- Məsqət (Oman) hamıya bəllidir. İcazə verin, o biri ölkənin adını çəkməyim. O ölkə bu kimi işlərdə tanınmış deyil. Onun adını çəkmək bir növ sürpriz ola bilər. İndi Trampın müzakirə aparması üçün çoxlu təlaşlar olunur.
- Tramp BMT-nin ümumi konfransı çərçivəsində Ruhani ilə görüşmək istədiyini bildirmişdi. Lakin Ruhani bu təklifi rədd etmişdi. İndi Tramp Tehrana gəlmək istəyir?
- Bəli, indi istəyi daha çox artıb. Ötən aylarda Tehrana bir neçə ismarış göndərib. Amma İran onunla görüşə əsla meyilli deyil. İran bu ismarışlara görə sevinməyib və onu yaxşı fal hesab etməyib. İranın başçıları belə düşünür ki, bu ismarışlarda məqsəd vaxt qazanmaqdır. Amerikalılar regiondakı hüzurlarını qanuniləşdirmək ardıncadırlar. İran rəsmiləri ilə hər görüşdən faydalanmaq və özlərini dünyanın gözündə sülhsevər göstərmək istəyirlər ki, beləliklə yenə Nobel mükafatı alsınlar.
Əl-Məyadin daha sonra Parisdəki qonağı ilə əlaqə yaradaraq soruşub:
- Tramp, yaxud kral Salmanın Tehrana səfər etməsi mümkündürmü?
Xətar: - Niyə ki, mümkün olmasın. Mənə elə gəlir ki, ötən illərdə İran və Ərəbistan arasında qarşılıqlı görüşlər baş tutub. Bu iş mümkündür. Amma Tramp barəsində deməliyəm ki, o, Barak Obamanın edə bilmədiyi bir işi edə bilər. Bu, Obamanın Tehranla tarixi sazişi vasitəsilə həyata keçirmək istədiyi arzusu idi, lakin o məyusluqla özünü Tehrana çatdıra bilmədi.
Amerika-İran münasibətləri enişli-yoxuşludur. Əldən çıxmış fürsətlər silsiləlidir. Məsələn Xatəminin dövründə bu imkan var idi, lakin Ameika ondan istifadə etmədi. Habelə, 2005-ci ildə Ruhani özü müzakirə qrupunun üzvü idi. Amerikanın fürsətləri itirməsindən əlavə, İran da Amerikaya güvənmir. Güvən amili çox önəmlidir. İndi Tramp üçün hər şey hazırdır.
Xətar Trampın İranla müzakirəsinin Şimali Koreya və Çinlə müzakirəsindən fərqli olduğunu və simvolik xarakter daşımadığını izah edərək deyib:
Amma İran barədə bunun manevr olduğunu düşünmürəm. Tramp bütün gücü ilə müzakirəyə təlaş edir. Özü müzakirənin qəhrəmanı olmaq üçün ikinci müzakirəyə başlamaq istəyir. Çünki o bir tacirdir və daim qazanc gətirən biznesləri düşünür.
İran da indiyə kimi öz müstəqilliyini qoruyub saxlaya bilmişdir...
Əl-Məyadin söhbətini Beyrut studiyası ilə davam etdirib və suallarını Şumana ünvanlayıb.
Əl-Məyadin: - İran deyir ki, İsrail 25 ildən sonra dünyada olmayacaq. Sonra da siz deyirsiniz ki, İsrailin iştirakı ilə konfrans... Bu necə mümkündür? Cənab Tövfiq Şuman bu barədə sizin fikrinizi bilmək istəyirik. Belə nəzərə gəlir ki, region yeni mərhələyə hazırlaşır?
Şuman: - İcazə verin, Əmir Musəvinin demədiyini mən deyim. (Amerika və İran arasında) Vasitəçilik edən ərəb ölkəsi İraqdır. Belə deyilib. Əlbəttə, bunun məsuliyyəti xəbəri verən mənbənin öhdəsinədir. Mənbənin sözlərinə görə, yeni miladi ili ərəfəsində Trampın İraqa səfəri və İraq baş naziri ilə görüşündə ondan belə bir ismarışı Tehrana çatdırmağı istəyib. Bu birinci məsələ.
İkinci məsələ. İraq milli təhlükəsizlik müşaviri Falih əl-Fəyyaz hal-hazırda İran, Suriya və Səudiyyə Ərəbistanı arasında vasitəçilik işləri ilə məşğuldur. Yenə vurğulayıram ki, məsuliyyət mənbənin öhdəsinədir. Habelə, Bəşar Əsədin kral Salmanla görüşməsi güman edilir. Bu məsələ son günlər bir sıra dairələrdə məhdud şəkildə ortaya çıxıb. Bəli, mümkündür ki, regional səviyyədə danışıqlar yaxın olsun.
Trampın istədiyi Obamanın sazişi deyil. Tramp öz sazişini istəyir. Tramın problemi də budur. 2018-ci ilin may ayında sazişdən çıxdıqda İranla müzakirə qapılarının hamısını bağlamadı. Baxmayaraq ki, İran onun bu qapıları açıq qoymasına sevinmədi. Obama Tehranda qəbul edilmədiyi kimi sözsüz ki, Tramp da qəbul ediməyəcək. Amma yenə də təkrar edirəm ki, İraq hal-hazırda vasitəçilik edir. Bir tərəfdən Amerika və İran arasında, digər tərəfdən Riyad və Dəməşq arasında.


488 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.07.19, 11:01
Braziliya çempion oldu
07.07.19, 10:23
Trampı lağa qoydular
Go to TOP