Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2019

Poroşenkonun borcu var - Ukrayna MSK

Ukrayna Mərkəzi Seçki Komissiyası hazırkı Prezident Pyotr Poroşenkonun qarşıdan gələn prezident seçkilərinə namizəd olmaq üçün açıqladığı mülklərinin siyahısında qanun pozuntusuna yol verdiyini müəyyən edib.

Bu barədə “Strana.ua” portalı məlumat yayıb. Komissiya Poroşenkonun mülkiyyətindəki 2005-ci ilə aid səyahət gəmisini siyahıda qeyd etmədiyini, onun mülkləri siyahısına daxil edilən iki ev və bir bağ evinin həyat yoldaşının adına olsa da, heç birinin rəsmi qeydiyyatının olmadığı üzə çıxıb.

Bundan əlavə, Ukrayna prezidentinin 172 min qrivna məbləğində vergi borcunü ödəmədiyi də məlum olub.

Ukrayna MSK bütün qayda pozuntularına baxmayaraq Poroşenkonun namizədliyini ləğv etməyib.

Qeyd edək ki, Ukraynada martın 31-də keçiriləcək prezident seçkilərində 44 namizəd mübarizə aparacaq.


89 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.02.19, 22:54
5 uşaq atası intihar edib
13.02.19, 09:59
Köhnə hamam, köhnə tas
Go to TOP