Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2019

Kürdüstanın əhli-sünnə alimləri Tale Bağırzadəyə dəstək nümayiş etdirib

İran Kürdüstanı əhli-sünnə imam cüməsi və Əhli-Təriqət Alimləri Qurumunun sədri Azərbaycan Respublikasında islamçı fəallara işgəncə verilməsini pisləyib.

Redaksiyamızın “Bicar” informasiya mərkəzinə istinadla verdiyi xəbərə görə, Hacı Mamusta Əbdüssalam vurğulayıb: “Azərbaycan Respublikasının mücahid, islami dəyərləri müdafiə edən, hidayətedici şəxsiyyətlər və Müsəlman Birliyi hərəkatının üzvləri höccətül-islam Tale Bağırzadə və Abbas Hüseynin aclıq aksiyası xəbəri Azərbaycan müsəlmanlarının mövcud vəziyyəti barədə bizi narahat etdi.”

Kürdüstan əhli-sünnə imam cüməsi əlavə edib: “İslah, İslam mədəniyyəti və həyat tərzinə qayıtmaq, hicaba riayət etmək, dini təlimlərə əməl etmək bu gün bizim qonşumuz Azərbaycan Respublikasında dini bacı-qardaşlarımız üçün bu ölkənin sekular hökuməti tərəfindən gərginlik, əzab-əziyyət və işgəncəyə çevrilib. Hökumətin dindarlara qarşı bütün bu hərəkətləri isə sionist rejimin dəstəyi ilə baş tutur. İş o yerə çatıb ki, bu ölkədə şiə bacı-qardaşlarımıza qarşı zülmlər olunur.

Dinin əsaslarını, dəyərlərini qorumaq uğrunda müqavimət, çətinlik və işgəncələrə dözmək sadiq və ixlaslı möminlər üçün Allahın imtahan meydanıdır. Digər müsəlman xalqların dəstəyi və bu məzlumluğu islami medialarda işıqlandırmaları mücahid şəxsiyyətlərin qəlbinin qüvvətlənməsinə, regionun məzlum müsəlmanların vəhdət, izzət və iqtidarına səbəb olacaq.”/qafqaz.ir/az/


424 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP