Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2019

İraq parlamentində ABŞ qüvvələrinin İraqdan çıxması üçün imza toplandı

İraq parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının üzvü Mehdi Təqi fevralın 10-u verdiyi açıqlamasında, Amerika qüvvələrinin İraqdan çıxarılması üçün qanun layihəsinə indiyə qədər 70 deputatının imza atdığını bildirib.

Parstoday xəbər verir ki, Mehdi Təqi ABŞ başda olmaqla xarici qüvvələrin ölkədən çıxarılmasını ehtiva edən qanun layihəsinin yaxın günlərdə hesabat kimi komissiyaya təqdim edəcəyini söyləyib.
O, İraq ordusunun baş qərargahının rəisi və baş nazirinin Amerika qüvvələri ilə bağlı məlumatları verməməsi təqdirdə, onlar haqqında parlamentdə səsvermə keçiriləcəyi xəbərdarlığını edib.
Amerika qüvvələri 2011-ci ildə İraqda üzləşdiyi məğlubiyyətdən sonra bu torpaqlardan çıxmış, amma 2014-cü ildə terror təşkilatı İŞİD ilə mübarizə bəhanəsi ilə yenidən İraqa əsgər göndərmişdir./deyerler/


317 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.07.19, 11:01
Braziliya çempion oldu
07.07.19, 10:23
Trampı lağa qoydular
Go to TOP