Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2019

"Vikiliks"in eks-informatoru həbs edildi

Qalmaqallı “Vikiliks” saytının eks-informatoru Çelsi Menninq ABŞ-ın Virciniya ştatında həbs edilib.

Bu barədə “Foks Nyus” məlumat yayıb.

“Vikilis" saytı ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində Menninq böyük münsiflər heyətinə ifadə verməkdən imtina etdiyi üçün həbs edilib”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, amerikalı hərbçi Çelsi Menninq 2010-ci ildə İraqda həbs edilib. O, “Vikiliks” saytına məxfi sənədlər verib. O zaman Menninq ABŞ-ın İraqdakı batalyonunda kəşfiyyat məlumatlarının analizi üzrə mütəxəssis kimi fəaliyyət göstərib. Verilən sənədlər arasında Amerika hərbi vertolyotunun İraqdakı dinc sakinləri gülləbaran etməsi videosu da yer almışdı.

Menninq 2013-cü ildə 35 il həbs cəzasına məhkum edilib.

Lakin ABŞ-ın eks-prezidenti Baraka Obamanın sərəncamı ilə o, 2016-cı ildə əfv edilmişdi.


250 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
16.05.19, 08:47
Helikopter çaya düşdü
Go to TOP