Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2019

Sağlam və möhkəm sümüklərin SİRRİ açıldı

Milan (İtaliya) Ortopediya İnstitutunun alimləri sağlam və möhkəm sümüklərin sirrini açıblar. Araşdırmalar göstərib ki, bunun üçün sümükləri daim yükləmək lazımdır.

Azhərəkətli həyat tərzi sümüklərin toxumasının "əriməsini" sürətləndirir ki, bu da gələcəkdə osteoporoz kimi ağır pozulmanın səbəbi olur. Osteoporozun əsas təhlükəsi tez-tez baş verən sınıqlardır.

Alimlərin fikrinə görə, sümükləri sağlam saxlamaq üçün qaçış ən yaxşı idman növüdür. Tədqiqatçılar qaçışla məşğul olan idmançıların sümük toxumasının vəziyyətini araşdırıb, belə qərara gəliblər ki, məhz qaçış sümüklərin möhkəmliyini təmin edən əsas maddələrin yüksək səviyyədə qalmasını təmin edir.

Alimlər sümüklərin sağlamlığını qorumaq üçün hər gün 30 dəqiqə - 1 saat ərzində orta temptdə qaçmağı tövsiyə edirlər.


112 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.03.19, 08:29
İranla İraq razılaşdı
Go to TOP