Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2019

116 yaşlı yapon qadın planetin ən uzunömürlü adamıdır- FOTO

Ginnesin rekordlar kitabını nəşr edən “Cim Pattison Group” 116 yaşlı yapon qadını planetin ən uzunömürlü insanı təsdiq edib.

 “Jim Pattison Group” saytı xəbər verir ki, Ginnesin rekordlar kitabına daxil edilən Kane Tanaka adlı qadın 1903-cü il yanvarın 2-də Tokioda anadan olub. Həmin il Vrayt qardaşları bəşər tarixində ilk motorlu uçuşu həyata keçiriblər. O, 1922-ci ildə ailə qurub, dünyaya dörd uşaq gətirib. Planetin ən uzunömürlü sakini hər gün səhər saat 6-da yuxudan oyanır, günortayadək riyaziyyat və kalliqrafiya ilə məşğul olur.

Yaponiya uzunömürlülərin sayına görə dünya lideri sayılır. Bundan əvvəlki ən yaşlı yapon – Jiroemon Kimura 2013-cü ildə 116 yaşında vəfat edib. Ginnesin rekordlar kitabına daxil edilmiş ən uzunömürlü insan isə 1997-ci ildə vəfat etmiş fransız Jan Luis Kalmen olub.


245 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
16.05.19, 08:47
Helikopter çaya düşdü
14.05.19, 12:05
Moskva və Vaşinqton...
Go to TOP