Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2019

23 yaşlı üçqat dünya çempionu intihar etdi

ABŞ-ın velosiped idmanı üzrə 23 yaşlı üçqat dünya çempionu Kelli Ketlin özünə qəsd edib.

Repor xəbər verir ki, bu barədə onun atası Mark Ketlin "VeloNews" nəşrinə müsahibəsində bildirib.

İdmançının cəsədi bir gün əvvəl onun Kaliforniyadakı evində aşkarlanıb. Onun atası qızının özünü öldürməsi səbəbi və hadisənin başvermə şəraiti barədə heç nə deməyib. "İtkinin ağrısı inanılmazdır", - deyə o bildirib.

Ketlinin ölümü haqqında həmçinin ABŞ-ın Velosiped İdmanı Federasiyasının sədri Bob Demartini də bəyanat yayıb. O, qeyd edib ki, Kelli həmişəlik ölkənin velosiped idmanı ailəsinin üzvü olaraq qalacaq.

Kelli Ketlin 2016, 2017 və 2018-ci illərin komanda yarışlarında dünya çempionatlarının qızıl medallarını qazanıb.


247 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
16.05.19, 08:47
Helikopter çaya düşdü
Go to TOP