Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2019

Venesuela ordusu hərəkətə keçdi: sistem işə salındı

Venesuela ordusu ölkənin enerji sistemini qorumaq və bundan sonra baş verə biləcək qəzaların qarşısını almaq üçün havadan müşahidə sistemini işə salıb.

Bu barədə Venesuelanın Müdafiə naziri Vladimir Padrino Lopes danışıb.

“Venesuelanın Milli Silahlı Qüvvələri bu gün elektrik xətlərinin havadan müşahidə sistemini işə salıb, həmçinin dünəndən etibarən bütün strateji obyektlər fərqli səviyyələrdə fiziki müdafiə, vəziyyətin tənzimlənməsi və istənilən hücumların qarşısının alınması üçün nəzarətə götürülüb”, - nazir deyib.

Qeyd edək ki, Venesuelada elektrik verilişi ölkədəki ən vacib su elektrik stansiyasında yüklənmə ucbatından dayandırılmışdı. Hökumət baş verənlərə görə ABŞ-ı ittiham edib. Belə ki, hökumət rəsmilərinin fikrincə, SES ABŞ-dan təşkil edilən kiberhücumlardan sonra yüklənərək fəaliyyətini dayandırıb.


263 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
16.05.19, 08:47
Helikopter çaya düşdü
14.05.19, 12:05
Moskva və Vaşinqton...
Go to TOP