Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2019

Təyyarəyə iki dəqiqə gecikdi, həyatda qaldı - Polis saxladı

Yunanıstan vətəndaşı Antonios Mavropolulos Efiopiya hava yollarına məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinə iki dəqiqə gecikdiyindən həyatda qalmağı bacarıb. Afina şəhər sakini olan Mavropolulosun sözlərinə görə, qəza barədə məlumat yayıldıqdan sonra polis onu təyyarəyə minməyən yeganə sərnişin qismində saxlayıb.

“Baqajım yanımda olduğundan baş vermiş qəza ilə mənim aramda heç bir məntiqi əlaqə yoxdur. Hüquq-mühafizə orqanları məhz buna görə də məni çox dindirmədilər”, - deyə o, bildirib.

A. Mavropolulos Feysbuk hesabında “ET 302” reysinə olan biletinin fotosunu da paylaşıb.

Xatırladaq ki, martın 10-da Əddis-Əbəbədən Nayrobiyə uçan “Ethiopian Airlines” aviaşirkətinə məxsus “Boeing-737” tipli təyyarə havaya qalxdıqdan 6 dəqiqə sonra ölkənin Debre-Zeyt şəhərində qəzaya düşüb. Hadisə nəticəsində göyərtədə 8 ekipaj üzvü olmaqla 157 nəfər olub, hamısı ölüb.


248 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
16.05.19, 08:47
Helikopter çaya düşdü
14.05.19, 12:05
Moskva və Vaşinqton...
Go to TOP