Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2019

Bakıda 25 yaşlı oğlan 13-cü mərtəbədən yerə yıxılaraq öldü

Binəqədi rayonunda bədbəxt hadisə zamanı bir nəfər ölüb. Hadisə 9-cu mikrorayon, Adil Məmmədov küçəsi 16 ünvanında baş verib.

25 yaşlı Həsənov Elvin Azad oğlu yaşadığı binanın 13 mərtəbəsində ki mənzilin eyvanından yerə yıxılaraq ölüb. Hadisəni ilk görən binanın komendantı Elmixan Museyibov olub.

Şahid ONA-ya verdiyi müsahibəsində bildirib ki, E.Həsənov yıxılan zaman valideynləri toyda olub. Onlar hadisədən xəbər tutan kimi mənzilə gayıdıblar.

Azad Hədənov bildirib ki, oğlu evyanda paltar qurutmaq üçün asılan iplər söküldüyündən həmin ipləri bərkitmək üçün dəmirləri düzəldirmiş.

Meyit Məhkəmə Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyinə təhvil verilib.


98 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.03.19, 08:29
İranla İraq razılaşdı
Go to TOP