Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2019

Venesuelada hərbçilərin olduğu təyyarə qəzaya uğradı

Venesuelanın şərqində yerləşən Bolivar ştatında "Cessna 206" modelli yüngül təyyarə qəzaya uğrayıb.

Qran-Sabana rayonunda qəzaya uğrayan təyyarənin göyərtəsində Venesuela Silahlı Qüvvələrinin 3 polkovniki və bir serjantı olub.

Məlumata əsasən, hələlik hərbçilər arasında ölən olub-olmaması məlum deyil.

Təyyarənin qəzaya uğramasının səbəbi barədə məlumat verilmir. Qəzanın baş verməsi barədə rəsmi məlumat yayılmayıb.


86 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.03.19, 08:29
İranla İraq razılaşdı
Go to TOP