Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2019

9 aylıq uşağın inkişafı


































9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur.

Anayam bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur.

- 9 aylıq körpənin təxmini çəkisi 9,5 – 10 kq, boyu 70 – 73 sm olmalıdır.

- Dəstək olmadan uzun müddət otura bilir.

- İməkləyə bilir.

- Dəstəyə söykənərək, ayaq üstə durur və bir müddət müstəqil dayana bilir.

- Böyüklərin əllərindən tutarkən, gəzməyə çalışır.

- Yavaş-yavaş əşyalar arasındakı əlaqəni başa düşür. Kiçik predmeti böyük predmetin üzərinə qoyaraq, kiçik ev inşa edə bilir.

- Otaqda bir müddət sərbəst oynaya bilir, lakin bəzən gözünə görünmək lazımdır.

- Kiçik əşyaları barmaqları ilə, böyük əşyaları isə iki əli ilə götürə bilir.

- Oturacağa və ya divana qalxmağa çalışır.

- Ondan soruşulan əşyanı, baxışları ilə axtara bilir.

- Şəkillər üzrə tanıdığı heyvanları göstərə bilir.

- “Otur”, “Get”, “Yat” və s. kimi sözləri başa düşür.

- Tam anlaşılan olamasa da “ana”, “ata” kimi sözləri deyə bilir.

- Nitq inkişafı üçün körpə ilə daim danışmaq gərəkdir. Hər gün kiçik bir rəngərang kitabdan ona nə isə oxumağa çalışın. Oyuncaq seçərkən ilk növbədə onların təhlükəsizliyinə diqqət yetirin.


343 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
16.05.19, 08:47
Helikopter çaya düşdü
14.05.19, 12:05
Moskva və Vaşinqton...
Go to TOP