Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2019

İki qalaktikanın toqquşması görüntüsü yayıldı

NASA Herakl bürcündə yerləşən iki qalaktikanın toqquşmasının görüntülərini yayıb.

NGC 6052 adlı obyektə məxsus görüntülər Habbl kosmik teleskopu vasitəsilə əldə edilib.

Sözügedən obyekti 1784-cü ildə ingilis astronom Uilyam Herşel kəşf edib. Əvvəlcə alim NGC 6052-nin düzgün formaya sahib olmayan bir qalaktika olduğunu söyləsə də, sonrakı tədqiqatlar nəticəsində burada toqquşan iki qalaktikanın olduğu müəyyən edilib.

Qeyd edək ki, öz qonşusu Andromeda ilə toqquşmaq aqibəti bizim qalaktikamız Süd Yolunu da gözləyir. Alimlər bunun 4 milyard il sonra baş verəcəyini bildirir.


76 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.03.19, 08:29
İranla İraq razılaşdı
Go to TOP