Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2019

Moskvada azərbaycanlılara yenə hücum edildi

Dünən Moskvada üç naməlum şəxs təkər təmiri məntəqəsində çalışan azərbaycanlılara hücum edib.

Bu barədə Report "İnterfaks"a istinadən xəbər verir.

"Hücum saat 18:30 radələrində baş verib. Hücum edənlər təkər təmiri məntəqəsində olan 2 azərbaycanlıya bıçaqla bir neçə zərbə endirib və hadisə yerindən qaçıblar", - agentlik bildirib.

Polisin gəlişinə qədər 02 telefon nömrəsinə moskvalılardan təkər təmiri məntəqəsində atəş açıldığı barədə məlumat daxil olub.

"Polis əməkdaşları Aminyevskoye şossesində "Mersedes" markalı avtomobildə hərəkət edən şübhəlilərdən birini saxlayıblar. İlkin məlumatlara görə, bu, Moskvada yaşayan çeçendir", - mənbə deyib.

Yaralılar kəllə-beyin travması, kəsici-deşici yaralar, travmatik silahdan istifadə nəticəsində alınmış güllə yaraları ilə xəstəxanaya çatdırılıblar.


282 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
16.05.19, 08:47
Helikopter çaya düşdü
Go to TOP