Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2019

Məktəbdə ATIŞMA: 9 ölü, 17 yaralı

Braziliyanın San-Paulu şəhərində məktəbə silahlı basqın nəticəsində 9 nəfər ölüb.

Bu barədə “Globo” telekanalı məlumat yayıb.

Məktəbdə iki yeniyetmə atəş açaraq beş uşağı və məktəbin bir əməkdaşını öldürüblər. Atəş açanlardan biri özünü öldürüb. Hadisə zamanı yaralanmış 17 nəfər xəstəxanaya çatdırılıb.

San-Paulu ştatının qubernatoru Juau Doria baş verənlərlə əlaqədar olaraq bütün görüşlərini təxirə salaraq hadisə yerinə gedib.

Təhqiqata başlanılıb. İlkin versiyaya görə, silahlı basqın edənlər vaxtilə həmin məktəbin şagirdləri olublar.

Məktəbdə təxminən 1000 şagird təhsil alır və 105 nəfər işləyir.


78 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.03.19, 08:29
İranla İraq razılaşdı
Go to TOP