Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2019

Daha 5 ölkə “Boinq”dən imtina etdi

Efiopiyada baş vermiş dəhşətli qəzadan sonra “Boinq 737 MAKS” təyyarələrindən imtina dalğasına daha 5 ölkə qoşulub.

Bu barədə Meksika, Panama, Kosta-Rika, Braziliya və Kolumbiyanın aviasiya idarələri müvafiq qərar qəbul edib.

Ölkələrdən 4-ü ikinci bir qərara qədər həm daxili, həm də beynəlxalq uçuşlarda “Boinq 737 MAKS 8” və “Boinq 737 MAKS 9” təyyarələrindən imtina ediblər. Kolumbiya isə hava sahəsini bu təyyarələr üçün bağlayıb.

Xatırladaq ki, martın 10-da Efiopiyada baş verən qəzada 157 nəfər həlak olub. İlk olaraq Efiopiyanın “Boinq 737 MAKS 8” təyyarələrinin uçuşlarına qəza ilə bağlı araşdırmanın nəticəsi elan olunana qədər qadağa qoymasından sonra artıq 50-yə yaxın ölkə bu addıma qoşulub.


255 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
16.05.19, 08:47
Helikopter çaya düşdü
14.05.19, 12:05
Moskva və Vaşinqton...
Go to TOP