Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2019

Polşalı gənc İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi

Rəcəb ayında polşalı gənc Məşhəd şəhərindəki İmam Rzanın (ə) pak hərəmində İslam dinini qəbul etmək şərəfinə layiq görülüb.

Astan News xəbər verir ki, müsəlman olduqdan sonra özünə Rza adını seçən polşalı gənc, belə bir açıqlama verib: “Ərəb dili və ədəbiyyatı fakültəsində təhsil almağım mənim İslam dini ilə tanış olmağıma imkan yaratdı. 6 il əvvəl araşdırmalarıma başladım və əvvəlcə sünni müsəlmanların İslam dini ilə əlaqədar baxışlarıyla İslama qəlbən bağlandım, ancaq bu məzhəb bütün suallarımı cavablandırmaqda çarəsiz qaldı və şiə məzhəbini daha məntiqli və gözəl gördüm.
Həqiqi İslamı şiə məzhəbilə tanımaq lazımdır, çünki bu məzhəb dialoq üçün qapını açıq saxlayır, sualları cavablandırır, həqiqətləri açıqlayır və bu məzhəbdə bu həqiqətlərlə bağlı dialoq qura bilərik.

Şiə və katolikliyin islam və xristianlıqda iki mühüm məzhəb kimi ciddi oxşarlıqlarının olduğunu qeyd edən polşalı Rza, belə deyib: “Ayinlər, nişanələr və dini şüarlardakı oxşarlıqlarla yanaşı, ən böyük ortaq nöqtə Məsum İmamların sayıdır. Bu say Həzrət Məsihin (ə) həvarilərinin sayı ilə eynidır və əslində bu insanlar imam kimi insanları Allaha qovuşduranlardır”.

Polşada dinin fərdi bir məsələ olduğunu və hər kəsin sərbəst istədiyi məzhəbi seçə bildiyini qeyd edən polşalı Rza, sözlərini belə davam etdirib: “Bu yeni təcrübəni bu müqəddəs məkanda və Rauf İmamın (ə) hərəmində əldə etdiyim üçün çox xoşbəxtəm”./deyerler/


323 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
16.05.19, 08:47
Helikopter çaya düşdü
Go to TOP