Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2019

Zelenski Putinlə görüşə hazırdır – “Rusiya ilə danışmaq lazımdır…”

Ukraynada keçirilən seçkidə prezidentliyə ən real namizəd sayılan şoumen Vladimir Zelenski Rusiya ilə münasibətlərə dair planlarından danışıb. Zelenski Vladimir Putinlə görüşə hazır olduğunu bəyan edib.

Prezidentliyə namizəd deyib ki, Putinlə aparılacaq danışıqlarda Ukrayna ərazilərilə bağlı hər hansı güzəştdən söhbət gedə bilməz: “İnsanların və ərazilərin qurban verilməsindən söhbət belə gedə bilməz. Ukraynanın ərazi bütövlüyü sabit olmalıdır. Bu, təkcə Konstitusiyada yox, hər bir normal adamın, hər bir Ukrayna vətəndaşının qəlbindədir, mən buna əminəm.”

Zelenski hal-hazırda əsəs məslənin müharibənin, hərbi əməliyyatların dayandırılması olduğunu deyib: “Müharibə dayanmalıdır ki, bizim uşaqlar ölməsin. Müharibə birmənalı olaraq, Rusiya ilə aparılır. Ona görə də məhz Rusiya ilə danışmaq lazımdır. Və Qərb ölkələrinin təmsilçilərinin iştirakı ilə Rusiyayla danışıqların yeni formatı müəyyən edilməlidir. “

V.Zelenski Minsk prosesi çərçivəsində danışıqların davam etdirilməsinin tərəfdarı olsa da, formatın dəyişdirilməsinin vacib olduğunu bildirib.


252 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.06.19, 16:56
Platini həbs edildi
13.06.19, 08:40
Maduro Moskvaya gedir
Go to TOP