Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2019

Zəncanda Azərbaycanın islamçı məhbusları ilə həmrəylik mərasimi keçirilib

Zəncanda Azərbaycan Respublikasının islamçı məhbusları ilə həmrəylik günü münasibətilə mərasim keçirilib. Mərasimin xətibi höccətül-islam Şeyx Əli Nasir Azərbaycanın əhalisi və dini tərkibi barədə söz açaraq deyib: “Azərbaycan Respublikası əhalisinin 85 faizi şiədir. Ona görə də dünyanın ikinci şiə ölkəsi sayılır. Bu ölkə şiələri kommunist və sovet hökuməti dövründə şiddətli dini repressiya ilə üzləşmişdilər, şiə təfəkkürü bu ölkədə təzyiq altında idi.
O zaman şiəlik cinayət hesab olunurdu, hətta bir dövrdə neçə yüz ruhani və şiə aliminin əllərini bağlayaraq Xəzər dənizinə atdılar. Belə ki, dəniz ağ əmmamələrlə doldu. Bu hadisə insani hisləri yaralayırdı. Şiə alimlərinin qətlə yetirilməsi xəbəri Avropada da əks-səda doğurdu, hətta bu faciə barədə “Xəzərin Qu quşları” adlı kitab da çap olundu. Bu hadisə özünə “Xəzər quları” adını aldı. Amma buna baxmayaraq məzlum şiələr İmam Hüseynə (ə) matəmi və o həzrətə sevgini gizli şəkildə qorudular, gələcək nəsillərə ötürdülər.”
Höccətül-islam Şeyx Əli Nasir daha sonra deyib: “İmam Xamenei həzrətləri Azərbaycan şiələri barədə buyurur: “Yetmiş il kommunistlərin dəyənəyi onların başı üzərində oldu, amma din hünərini və dini hislərə baxın ki, bütün bu təzyiqlərdən sonra yenə də baş qaldırır.”
Xətib əlavə edib: “Azərbaycan şiələrinin məzlumluğu sovet hökumətinin parçalanmasından sonra da davam edir, kommunistlərdən sonra Amerika, xüsusilə də sionist rejiminə bağlı liberalların caynağına düşüblər. Sovetlər Birliyinin dağılmasından sonra sionist rejim Azərbaycan Respublikasının iqtisadi, siyasi və mədəni strukturlarının hamısını ələ ala bildi və İranın sərhədində Azərbaycanı özünün xəlvət həyatına çevirdi, bu ölkə vasitəsilə bizim raket və nüvə təsisatlarımızdan casusluq etdi, bizim nüvə alimlərimizi şəhid etmək üçün Azərbaycan ərazisində terrorçu yetişdirdi. Bu gün sionist rejim Azərbaycanı özünün ikinci vətəni və qırmızı xətti saydığını deyir.
Sionist rejimin qorxduğu tək bir məsələ Qafqazda, xüsusilə də Azərbaycan Respublikasında islam oyanışının baş verməsidir. Onlar bu bölgədə on milyon şiənin İslam İnqilabına və müqavimətə qoşulmasından bərk qorxurlar. Ona görə də təfəkkürləri vilayəti-fəqih ideologiyasına qovuşan ruhani və dindarları bərk təhlükəsizlik tədbirləri altında nəzarətdə saxlayırlar.
Bu günləri sionist rejimin göstərişi ilə 150 nəfər tanınmış ruhani və dindar Azərbaycan dövlətinin zindanlarında saxlanılır. Sionistlərin istəyi ilə bu ölkədə Aşura günü şərab festivalı keçirilir, uşaqların Aşura mərasimində iştirak etməsi psixoloji baxımdan zərər hesab edilir və İmam Hüseyn (ə) mərasimində iştirak etməkdən məhrum edilir, şagirdlərin Aşura mərasimində iştirakının qarşısını almaq üçün dənizqırağı gəzintiyə aparırlar.”
Şeyx Əli Nasir əlavə edib: “Şiələrin rəhbəri və İslam Partiyasının sədri Höccətül-islam doktor Hacı Mövsüm Səmədov hicab qadağasına etiraz etdiyi üçün 12 il həbs cəzasına məhkum oldu. O, hakimin hökmünə etiraz edərək həbs müddətinin 14 ilə artırılmasını istəyərək dedi: qoy dünya bilsin ki, bizə olunan zülmlər 14 məsumun (ə) ardıcılı olduğumuza görədir. Mübariz ruhani Hacı Tale Bağırzadə Nardaranda həbs edildi, 20 il zindana məhkum edildi. O, zindanda olduğu 4 il müddətində hər gün fiziki və mənəvi işgəncələrə məruz qalır, qandalda saxlanılır, hamamlanmasına da icazə verilmir. Şücaətli ruhani Hacı Tale İmam Xomeyninin (ə) inqilabından ilham alaraq onu işgəncə edən kəsin: “ölsən sənin qanını içəcəyəm” deməsinə belə cavab vermişdi: “Allahın izni ilə bir gün gələcək ki, səni öz qanına qəltan edəcəyəm.”
Azərbaycan Respublikası ruhaniləri və şiələri vəliyyi-fəqih və İslam İnqilabına sevgi bəsləyirlər. Onlar özlərinin ən az haqqını belə tələb etdikdə həbsxanaya göndərilirlər. Hal-hazırda minlərlə insan öz haqqını tələb etdiyi üçün bu ölkənin zindanlarındadır. Bu ölkədə dindarlar çox asanlıqla silah və narkotiklə şərlənərək zindana salınır.”
Xətib daha sonra deyib: “Azərbaycan Respublikasında dövlət strukturunda bəzi şəxslər vardır ki, bu ölkə əhli-sünnəsini vəhabi etmək və onları İŞİD-ə qoşulmaq məqsədilə Suriyaya göndərmək üçün mürtəce ərəb ölkələrindən hər bir nəfərə görə 4500 dollar rüşvət alırlar. Amma Əhli-beyt (ə) hərəmini müdafiə etmək üçün Hüseynçilər adı altında Suriyaya gedənləri terrorçu adlandırır, Azərbaycana qayıtdıqda həbs edirlər. Halbuki, Suriyada təkfirçi terrorçulara silah çatdırmaq üçün Bakıdan sərnişin təyyarəsi adı altında təyyarə qalxır.”
Höccətül-islam Şeyx Əli Nasir nitqinin sonunda Azərbaycan hökumətinə səslənərək deyib: “Sonda Azərbaycan hökumətinə xəbərdarlıq edirəm ki, İslamın qucağına qayıtsın, sionist rejimi və qərbə arxalanan, beləliklə məhv olan hökumətlərin təcrübəsini sınaqdan çıxarmasın, islamçıların köməyi ilə öz ölkəsini işğaldan azad etsin.”

Mərasimin sonunda Hacı Mehdi Rəsulu şeir və rövzə oxuyub.


268 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.06.19, 16:56
Platini həbs edildi
13.06.19, 08:40
Maduro Moskvaya gedir
Go to TOP