Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2019

Ali Məqamlı Rəhbər: Amerikanın maneçilik yaratması nəticəsiz qalacaq

İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah əl-üzma Xamenei şəhidlər sərvəri İmam Hüseynin (ə) mövlud gecəsi və “Pasdar” (Keşikçi) günü münasibətilə bir qrup pasdar və onların ailələri ilə görüşüb. Ali Məqamlı Rəhbər bu görüşdə Amerikanın SEPAH-a qarşı düşmənçiliyinin səbəbinin bu təşkilatın ölkəni və inqilabı qoruması olduğunu bildirərək deyib: “Amerika və nadan düşmənlər 40 ildir ki, var gücləri ilə İran İslam Respublikası əleyhinə təlaş etdilər, amma heç bir qələt edə bilmədilər. Bugün İnqilab və İslam Respublikasının qüdrəti həm regionda, həm də dünyada hamıya bəlli olmuşdur.”
Həzrət Ayətullah Xamenei SEPAH-ı dəyərli və müxtəlif sahələrdə düşmənə qarşı ön cəbhədə dayanan bir təşkilat adlandıraraq deyib: “SEPAH həm əməliyyat meydanında və düşmənlə sərhəddə, hətta neçə min kilometr uzaqda həzrət Zeynəbin (ə) hərəmi ətrafında düşmənlə qarşılaşmaqda öndədir, həm də düşmənlə siyasi meydanda qarşılaşmaqda.”

İslam İnqilabının Böyük Rəhbəri Amerikanın SEPAH-a qarşı kin-küdurətinin də həmin məsələdən qaynaqlandığını bildirərək deyib: “Amerikalılar öz xəyallarında SEPAH əleyhinə, həqiqətdə isə İnqilab və İrana qarşı plan çəkirlər, maneçilik törədirlər. Əlbəttə, bu xəbisliklər heç bir nəticə verməyəcək, onların öz məkrləri özlərinə qayıdacaq. İran İslam Respublikasının Tramp və Amerikaya hakim sistemin ətrafına toplaşan axmaqlar kimi düşmənləri süquta doğru hərəkətdədirlər.”

40 il müddətində İran əleyhinə həyata keçirilən məkrlər və eyni halda İranın inkişafına, Amerikanın İslam İnqilabı və İran millətinin tərəqqisini dayandıra bilməməsinə toxunan Ali Məqamlı Rəhbər deyib: “Əziz İranın düşmənləri qırx ildir ki, müxtəlif növ siyasi, iqtisadi, təbliğat təzyiqlərini İran xalqına qarşı işə saldılar, amma İslam Respublikasının təzə yarandığı ilk günlərdə belə heç bir qələt edə bilmədilər.”
Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının regionda üstün gücünə işarə edərək vurğulayıb: “Düşmənlərin düşündüyünün əksinə olaraq bugün İranın izzət və qüdrəti atom bombasına görə deyil. Çünki biz əvvəldən təkid etmişik ki, nüvə silahı bizim dini əsaslarımızla ziddir və ona ehtiyacımız yoxdur. Ona görə də bugün İslam dünyası gözündə İran xalqının izzət və qüdrəti xalqın müqaviməti, fədakarlığı və bəsirəti üzündəndir.”

İslam İnqilabının Rəhbəri bu iftixarlı hərəkətin davamlı olmasını vəzifəni tanımaqda görərək deyib: “Şübhəsiz, İnqilab irəliləyəcək. Amma hər bir kəs, xüsusilə də gənclərdən tutmuş SEPAH, bütün silahlı qüvvələr və dövlət aparatlarına qədər hər kəs bu hərəkətdə öz vəzifəsini müəyyən etməli, İmam Xomeyni (r) kimi Allah övliyalarının iman əsasında olan əməllərindən örnək alaraq Allah üçün və Allah yolunda öz vəzifəsini yerinə yetirməlidir.”


159 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.04.19, 08:44
AB-dən ABŞ-a şok zərbə
17.04.19, 09:32
Möcüzə edən zikr
Go to TOP