Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2019

ABŞ yenə Ərdoğanı təhdid etdi

Türkiyə S-400 zenit raket komplekslərini əldə edərsə, onda ona qarşı sanksiyalar tətbiq ediləcək.

Bu haqda Amerika senatorlar qrupunun “Nyu York Tayms" üçün qələmə aldığı məqalədə deyilir.

“İlin sonuna Türkiyə ya F-35 qırıcıları, ya da S-400 hava hücumuna qarşı müdafiə üzrə Rusiya sistemlərinə malik olacaq”, - məqalədə qeyd edilib.

Bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçimi dünyada onun ölkəsinin yeri, həmçinin ABŞ-la münasibətləri və NATO-dakı mövqeləri üçün ciddi nəticələrə səbəb olacaq.

“Əgər Ərdoğan bu seçimi etməzsə və S-400-ləri alarsa, onda Türkiyəyə qarşı ABŞ qanunvericiliyinə uyğun olaraq sanksiyalar tətbiq ediləcək”, - məqalədə bildirilir.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putinlə görüşən Ərdoğan S-400 məsələsinin artıq bitdiyini bəyan edib.


112 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.04.19, 08:44
AB-dən ABŞ-a şok zərbə
17.04.19, 09:32
Möcüzə edən zikr
Go to TOP