Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2019

ABŞ-ın İran ordusu barədə qərarı dünyada birmənalı qarşılanmayıb

ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) xarici terror təşkilatları siyahısına daxil etməsi beynəlxalq aləmdə birmənalı qarşılanmayıb.

İlk olaraq Türkiyə, Yaponiya və Suriya İran ordusunun əsas hissəsi olan Sepahı terror təşkilatı kimi tanımayacaqlarını bildiriblər.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də açıqlama yayaraq bəyan edib ki, bu məsələ yalnız ABŞ və İrana aiddir. Britaniyanın Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin İran ordusunu terror təşkilatları siyahısına salmaq xahişini rədd edib. Açıqlamadan aydın olur ki, rəsmi London ABŞ-ın mövqeyi ilə razılaşmayacaq.

Avropa İttifaqının Beynəlxalq Məsələlər üzrə Komissarlığının nümayəndəsi isə məsələyə münasibət bildirməkdən imtina edib.


107 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.04.19, 08:44
AB-dən ABŞ-a şok zərbə
17.04.19, 09:32
Möcüzə edən zikr
Go to TOP