Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2019

Berlin Ərəbistanın Yəmən əleyhinə müharibədə Almaniya qırıcılarından istifadə etməsinə etiraf edib

Berlin dövləti ilk dəfə olaraq Ərəbistanın Yəmən əleyhinə müharibədə Almaniya istehsalı olan qırıcı və Tornadolardan istifadə etdiyini etiraf edib.

Almaniyanın WDR, NDR və Süddeutsche Zeitung qəzetlərinin araşdırmalarına görə, Almaniya Parlamentinin xarici siyasət komissiyasının qapalı iclasında aydın olub ki, dövlət öz qırıcılarının Yəmən əleyhinə müharibədə istifadə olunması barədə bu komissiyaya məlumat verib. Bu məlumata görə, Ərəbistan Almaniyanın həm qırıcılarından, həm də Tornadolarından istifadə edib. Sözügedən qırıcılar Almaniya, İngiltərə və İtaliya kimi bir sıra Avropa ölkələrinin birgə istehsalıdır. Berlin hökuməti bu addımı aşkarcasına elan etməkdən çəkinir. Dövlət sözçülərindən birinin dediyi kimi Berlin bu mövzunu yalnız məsul komitələrə və Parlamentin çox önəmli komitələrinə gizli şəkildə açıqlamışdır.

Almaniya daim bu ölkənin qırıcılarından istifadə olunmasına aid faktları danmağa təlaş etmişdir. Hətta, bu ölkənin kəşfiyyat naziri də Almaniyanın Yəmənə hər hansı silah texnologiyası verməsini inkar etmişdir.
BMT-nin dəyərləndirməsinə görə, Yəmən müharibəsi müasir dövrün ən pis böhranlı müharibəsi hesab olunur. Bu müharibədə ümumi məkanlar, məktəblər, xəstəxanlara, qaçqın düşərgələri, toy və yas mərasimləri, sərnişin avtobusları, bazarlar, əsas infrastrukturlar bombalanmış və bu bombalama hərəkəti hələ də davam edir, milyonlarla insan qida çatışmamazlığından, vəba kimi müxtəlif cür xəstəlikdən əziyyət çəkir.


104 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.04.19, 08:44
AB-dən ABŞ-a şok zərbə
17.04.19, 09:32
Möcüzə edən zikr
Go to TOP