Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2019

Sudanlı təhlilçi: Ömər əl-Bəşirin sionistlərə təmayülü onun devrilməsinə səbəb oldu

Sudanlı təhlilçi Əbdülvahid Məhəmməd Əhməd ən-Nur bu ölkədə baş verən inqilabla bağlı təhlilində deyib: “Ömər əl-Bəşirin sionistlərin istəyinə uyğun hərəkətləri və Yəmən müsəlmanları əleyhinə ərəb koalisiyasına qoşulması xalqın hiddətlənməsinə və küçələrə axışaraq inqilab etməsinə səbəb oldu.

Sudan əhalisi sosial xidmətlərdən narazı idi, lakin prezidentin birbaşa, yaxud dolayısı ilə sionistlərlə əməkdaşlığı və xalqın istəyinin əksinə olaraq ərəb koalisiyasına qatılması xalqın ona qarşı çıxmasına bais oldu.”

Əhməd ən-Nur əlavə edib: “Bilmirəm son iki gündə baş verən hadisələri hərbi çevriliş adlandırım, ya xalq aksiyalarının davamı və ordunun xalq narazılığını nəzərə alaraq bu məqsəd uğrunda Ömər əl-Bəşir hökumətni çevirməsi; amma hal-hazırda əsas təmayül teknokrat formada keçid dövləti səmtinə gedir.”


72 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.04.19, 08:44
AB-dən ABŞ-a şok zərbə
17.04.19, 09:32
Möcüzə edən zikr
Go to TOP