Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2019

Çavuşoğlu NATO-da darmadağın etdi: Həddinizi bildirərik!

Fransa kimi ölkələr bir şeyə öyrənib. Həmişə müdirlik edəcəklər, həmişə başqa ölkələri tənqid edəcəklər, alçaldaçaqlar. Türkiyə və ya başqa ölkə tərəfindən tənqid olunanda isə şok olacaqlar.

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO Parlament Assambleyasının seminarında çıxışı zamanı deyib.

“Beynəlxalq hüquqla bağlı Türkiyəyə dərs verməyə çalışırsınız. Burada mənim dediklərimə belə dözə bilmirsiniz. Makronun aldığı qərar Fransa Konstitusiya Məhkəməsinin qərarı ilə təzad təşkil etmir? Avropa İnsan Haqları Məhkəməsinin qərarlarıyla təzad təşkil edir? Hər ikisi ilə də təzadlıdır. Keçmişdə baş vermiş bir hadisəni soyqırım kimi tanımaq siyasətçilərin vəzifəsidir? BMT qərarlarını oxudunuz? Siz siyasilər tarixlə bağlı hadisələr haqqında qərar verməyi özünüz üçün haqq olaraq görürsünüz. Hansı məlumatla bu barədə qəti qərar verirsiniz? Bunun səbəbi populizmdir, sizin prezidentiniz də populizmə məğlub olmuşdur. Soyqırım barədə Türkiyəyə dərs verəcək son ölkə Fransadır. Fransa əvvəlcə öz tarixinə baxsın, dərs verməyə çalışmasın. Əlcəzairdə, Fransada baş verənləri unutmadıq. Siz özünüzü üstün görməyə davam edin, ancaq sizə həddinizi bildirməyə davam edəcəyik”, - Çavuşoğlu fransalı parlamentari Sonia Kriminin “qondarma erməni soyqırımı” barədə sualını cavablandırarkən bildirib.


232 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.06.19, 16:56
Platini həbs edildi
13.06.19, 08:40
Maduro Moskvaya gedir
Go to TOP