Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2019

Bakıda dəhşətli qəza: 25 yaşlı gənc öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report xəbər verir ki, Ziya Bünyadov prospekti ilə hərəkətdə olan "Hunday Elantra" markalı avtomobil (99 RX 128 dövlət qeydiyyat nişanlı) qarşıda gedən maşına dəyərək, idarəetmədən çıxıb və yol kənarındakı bordürə çırpılıb.

Nəticədə taksi fəaliyyəti ilə məşğul olan 25 yaşlı sürücü (ad və soyadı hələ ki, məlum deyil) hadisə yerində ölüb. Qəza zamanı maşında yanğın baş verib. Yanğını yoldan keçən hərbçilər söndürüblər.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü yuxulu olub və maşını yüksək sürətlə idarə edib.

Qəza zamanı "Hunday”dan başqa daha iki maşına ziyan dəyib.


220 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.06.19, 16:56
Platini həbs edildi
13.06.19, 08:40
Maduro Moskvaya gedir
Go to TOP