Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2019

ABŞ açıq şəkildə müdaxilə edir - Lavrov

ABŞ müstəqil dövlətlərin daxili işlərinə açıq şəkildə müdaxilə edir.

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. O, ABŞ-ın Venesuela ilə bağlı planlarının uğursuzluğa düçar olduğunu bildirib:

“Venesueladan hər kəsin xəbəri var. İqtidarı dəyişdirmək üçün tətbiq edilən ildırım hərəkatı uğursuz oldu, amma amerikalılar qanuni dövlət başçısını kürsüsündən endirməklə bağlı hədəfindən əl çəkməyib”.

Nazir ABŞ Dövlət Katibi Mayk Pompeonun hərbi müdaxilənin bir ehtimal olması barədə dediklərini bunun sübutu kimi qiymətləndirib.

Lavrov ABŞ-ın müdaxilə edəcəyi növbəti ölkələrin Kuba və Nikaraqua olacağı ilə bağlı təhdidlərdən də danışıb:

“Vaşinqton deyəsən bu mövqeyi ilə sadəcə Latın Amerikası ilə deyil, dünyanın bir çox ölkəsi ilə üz-üzə dayandığını anlamır. Fikrimcə, bu mövqe qəbuledilməzdir”.


41 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.04.19, 08:44
AB-dən ABŞ-a şok zərbə
17.04.19, 09:32
Möcüzə edən zikr
Go to TOP