Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2019

Bəhreyn xalqının etirazı sionist rəsmilərinin bu ölkəyə səfərinin ləğvinə səbəb oldu

Bəhreyn xalqının geniş etirazlarının ardınca sionist rejimdən bir heyətin bu ölkəyə səfəri ləğv olub.
Sionist rejimin iqtisadiyyat nazirliyinin sözçüsü bildirib ki, iqtisadiyyat nazirinin Bəhreynə planlaşdırılmış səfəri siyasi səbəblər üzündən ləğv olub.
Planlaşdırılmış səfərə əsasən, sionist rejimin dövlət rəsmiləri və 30 ticarət müdirindən ibarət bir heyət Amerikanın “Global Entrepreneurship Monitor” təşkilatının təşkil etdiyi iclasda iştirak etmək üçün Bəhreynə səfər edəcəkdi.
Sionistlərin Bəhreynə səfəri xəbərinin elan edilməsindən sonra bu ölkədə geniş xalq etirazları başladı. Bundan əlavə, Bəhreyn Parlamentinin nümayəndələri sosial şəbəkələrdə dövlətdən bu səfərin ləğvini tələb etdilər. Bəhreynin paytaxtı Manama şəhərində etiraz aksiyası keçirildi.
“Reuters”-in yazdığına görə, sionist rejim heyətindən 3 nəfəri bu səfərə getmək üçün viza ala bilmədi və heyətin digər üzvləri də səfərdən imtina etdilər.
Bəhreyn Parlament nümayəndələrinin bu səfərlə bəyanatında vurğulanıb: “Bəhreyn Parlamenti elan edir ki, bu ölkə xalqı öz ölkələrində israillilərin hüzurunu heç cür qəbul etmir və onların hər hansı iştirakı qəbuledilməzdir.”


42 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.04.19, 08:44
AB-dən ABŞ-a şok zərbə
17.04.19, 09:32
Möcüzə edən zikr
Go to TOP