Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2019

Macarıstan səfiri İmam Əlinin (ə) hərəmini ziyarət edib - Foto

Macarıstanın İraqdakı səfiri Atila Tar diplomatlarından ibarət bir heyətlə İmam Əlinin (ə) hərəmini ziyarət edib, hərəmin tarixi və islami əsərləri ilə tanış olub.

Səfir, İmam Əlinin (ə) hərəmini ikinci dəfə olaraq ziyarət etdiyini və bu ziyarətdən çox sevinc hissi duyduğunu bildirərək deyib: “İmam Əlinin (ə) müqəddəs hərəmi insana böyük mənəvi təsir qoyur. Hərəmdə çoxlu incəsənət və tarixi əsərlər vardır.”

Səfir əlavə edib: “Bizim ölkəmizdə Yaxın Şərq, onun tarix və dinləri barədə araşdırma aparan mütəxəssis tədqiqatçılar vardır. Onlar islami şəhərlər barədə geniş məlumatlara malikdirlər.”
Atila Tar vurğulayıb: “Nəcəfi-əşrəfə qabaqkı səfərimdə islami əsərlərdən şəkillər çəkdim və onları sosial şəbəkələrdə paylaşdım. Bu şəkillər istifadəçilər tərəfindən çox yaxşı qarşılandı. Mən İmam Əlinin (ə) hərəmini ziyarət edə bildiyim üçün özümü xoşbəxt sanıram.”





154 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
Go to TOP