Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2019

ABŞ-la Türkiyə S-400-ə görə razılaşa bilmədi

ABŞ və Türkiyə S-400 komplekslərinin alınmasıyla bağlı danışıqlar zamanı “dalandan çıxa bilməyiblər”.

Bu məlumatı “Vol Strit Jurnal” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb.

Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Türkiyə Maliyyə naziri Berat Albayraqla görüşüb. Albayraqla bərabər dünən Türkiyə Müdafiə naziri Hulusi Akar da Vaşinqtona yola düşüb.

Albayrağın Trampla görüşündən sonra Türkiyə mətbuatı tərəflərin S-400-lə bağlı yeni variantı müzakirə etdiyi haqqında məlumat yayıb. Mətbuat gündəmdə olan variantın S-400-lərin müvəqqəti olaraq Azərbaycan və Qətərdə yerləşdirilməsi olduğunu bildirib.


388 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.19, 12:33
Türkiyə ordusu itki verdi
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
Go to TOP