Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2019

Bu ölkə lideri işğalçı İsraili “irqçi və terrorçu dövlət” adlandırdı

“Dünyada irqçilik, soyqırım və bəşəriyyətə qarşı cinayətlərin hamısı barbar, təkəbbürlü və terrorçu İsrail rejiminin məhsuludur”.

“Anadolu” informasiya agentliyinin verdiyi xəbərə görə, bu fikirləri Malayziyanın baş naziri Mahathir Məhəmməd “Al Sharq Forum" analitik mərkəzi tərəfindən təşkil olunan “Gələcəyini qazan” mövzusunda İllik Gənclər Konfransında ifadə edib.

Mahathir Məhəmməd Qərbi Asiyadakı siyasi qeyri-sabitliyin 2001-2003-cü ildə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İraq və Əfqanıstana qarşı müdaxilələri ilə başladığını və bu gün də davam etdiyini vurğulayaraq belə deyib:

“Suriya, Liviya və Yəmən kimi, ölkələrdə bəşəriyyət faciələrinin şəkli çəkilir və bütün dünya çarəsiz şəkildə izləyir”.

“İşğalçı İsrailin irqçi və aqressiv siyasəti dünyanın bir çox ölkələrində ksenofobiya və dözümsüzlük əsasında cinayətlərin böyük sürətlə artmasına, insanlığa qarşı cinayət və soyqırım aktları törədilməsinə güclü təkan verib”-deyə Malayziya baş naziri bir daha vurğulayıb.

Qərbi Asiyada problem yaşayan ölkələrin əziyyət çəkməsinin xarici qüvvələrin müdaxiləsindən qaynaqlandığını bildirən Mahathir, belə davam edib: “Regiona müdaxilə edən qüvvələr, demokratiya və insan haqları maskası altında öz mənfəətlərini təmin etmək üçün əllərindən gələni edib. Bütün bu baş verən faciələrin əsas səbəbi şübhəsiz ki, Fələstində baş verənlərdir”.

Mahathir Fələstin məsələsinin həlli üçün beynəlxalq birliyin hərəkətə keçməsinin şərt olduğunu söyləyib.


342 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP