Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2019

İraq baş naziri Ərəbistanda 37 nəfər etirazçının edam edilməsini pislədi

İraq baş nazirini Ərəbistan səfərində müşayət etmiş İraq Həcc və Ümrə Heyətinin sədr müavini Sami əl-Məsudi baş nazirin Ərəbistanda bir neçə məhbusun edam edilməsinə etiraz etdiyini bildirib.
İraqın “Alsumaria” televiziya kanalına müsahibə verən Sami əl-Məsudi deyib ki, baş nazir Əbdülməhdi məktub vasitəsilə Ərəbistanda 37 siyasi məhbusun edam edilməsinə etiraz etdi və bu hərəkəti pislədi.
Siyasi məhbusların edam edilməsi Əbdülməhdinin Ərəbistan səfərinin başa çatmasından iki gün sonra baş vermişdir.
Həcc və Ümrə Heyətinin sədr müavini əlavə edib ki, baş nazirin etiraz məktubu Xarici İşlər Nazirliyi vasitəsilə Ərəbistan rəsmilərinə çatdırılıb. Ərəbistan tərəfi məktuba cavab verərək bu hökmün qabaqkı aylarda çıxarıldığını iddia ediblər.
Sami əl-Məsudi vurğulayıb ki, siyasi ixtilafa görə bir kəsi edam etmək olmaz. Bu məsələ həm də gərginliyin artmasına gətirib çıxarır.


291 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP