Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2019

Ruhani: "Sizə 60 gün vaxt verirəm"

İran prezidenti Həsən Ruhani nüvə anlaşmasında yer alan ölkələrə xəbərdarlıq edib.

Anadolu agentliyi xəbər verir ki, Ruhani Tehranın maraqlarının qorunması üçün 60 gün vaxt verib. Əks halda İran uranın zənginləşdirilməsi barədə fəaliyyətini bərpa edəcək.

Xatırladaq ki, İranın Ali Milli Təhlükəsizlik Şurası Hərtərəfli Birgə Fəaliyyət Planının üzvlərinə bəyanat ünvanlayıb. Bəyanatda qeyd olunur ki, İran bu gündən etibarən üzərinə götürdüyü bəzi öhdəliklərdən imtina edir. Həmçinin, nüvə sazişində yer alan ölkələrə bank və neft sektorlarında öz öhdəliklərini yerinə yetirmək üçün 60 gün vaxt verilir.


293 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP