Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2019

Fransada etirazçılar yenə küçələrə axışdı

Fransada hökumətin dövlət qulluğunun müasirləşdirilməsinə dair qanun layihəsinə etiraz olaraq dövlət qulluqçuları nümayiş keçirirlər.

Həmkarlar ittifaqları dövlət qulluqçularını küçələrə axışmağa çağırıb. Ölkə üzrə 150 nümayiş təşkil olunub.

Qeyd edək ki, bu, Emmanuel Makronun prezidentliyi dövründə dövlət qulluğu ilə bağlı keçirilən dördüncü kütləvi nümayişdir. Ancaq ilk dəfədir ki, hökumət bütün həmkarlar təşkilatlarının səfərbərliyi ilə üzləşir. Yeni qanuna əsasən 2022-ci ilə qədər 120 min dövlət qulluqçusu iş yeri ilə xudahafizləşməlidir.

Nümayişçilər arasında təhsil və səhiyyə sahələrinin nümayəndələri daha çox fərqlənir.


75 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
16.05.19, 08:47
Helikopter çaya düşdü
Go to TOP