Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2019

Qonşusunu əvvəl maşınla vurdu, sonra döydü

Ağdamda qonşu qonşunu atomobillə vurub, sonra döyüb.

ONA-nın xəbərinə görə, hadisə rayonun Alıbəyli qəsəbəsində baş verib.

Qəsəbə sakini Əzimov Məhəmməd Xəlil oğlu idarə ediyi VAZ-21099 markalı 62 BE 203 dövlət nömrə nişanlı maşını ilə qonşusu Mehdiyev Mətləb Baba oğlunu vurub. Daha sonra avtomobildən düşərək M.Mehdiyevi döyüb. Xəsarət alan M.Mehdiyev yaxınları tərəfindən Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Döyülən şəxsin yaxınlarının verdiyi məlumata görə, davaya səbəb Əzimov Məhəmmədin Mətləb Mehdiyevə məxsus evin qarşısında əkdiyi ağac və gül kollarını heyvanlarına yedizdirməsi olub.


243 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP