Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2019

Pompeo Brüsseldə Avropa liderlərinin xəbərdarlığı ilə üzləşdi – İranla bağlı gərginlik

ABŞ Dövlət Katibi Mayk Pompeo ilə görüşdə Britaniya, Fransa və Almaniya İranla nüvə sazişinə dəstək ifadə edib, eyni zamanda, İran körfəzində yaranan hərbi gərginliklər və Vaşinqtonun İran iqtisadiyyatını çökdürməsi barədə xəbərdarlıq ediblər.

Bu barədə “Amerikanın səsi” məlumat yayıb.

Bildirilib ki, Avropa müttəfiqləri ilə görüş Pompeonun səfər proqramına dəyişiklik etməsindən sonra baş tutub.

Britaniya xarici işlər naziri Ceremi Hant görüşdə tərəfləri sakitliyə çağırıb: “Biz təsadüfən konfliktin baş verəcəyi, bilməzdən hansısa tərəfin eskalasiyaya rəvac verəcəyi riskindən çox narahatıq”.

Almaniya xarici işlər naziri Heyko Maas Berlinin “nüvə sazişinə İranın atom bombasına malik olmamasının əsası” kimi baxdığını söyləyib və bunun Avropanın təhlükəsizliyi üçün “həyati əhəmiyyət” daşıdığını vurğulayıb.

Fransa xarici işlər naziri Can-Yves Le Drian bəyan edib ki, ABŞ-ın İrana qarşı beynəlxalq neft ticarəti sanskiyalarını gücləndirməsi ölkəsinin maraqlarına cavab vermir.


58 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
16.05.19, 08:47
Helikopter çaya düşdü
Go to TOP