Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2019

Qvardiola İngiltərədə ardıcıl ikinci il ən yaxşı məşqçi seçilib

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərədə 2018/19-cu illər mövsümünün ən yaxşı məşqçisi seçilib.

Bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytı məlumat yayıb.

Qvardiolanın yetirmələri sonuncu turda "Brayton"u 4:1 hesabı ilə darmadağın edərək çempionluqlarını rəsmiləşdiriblər və bu titulu ardıcıl ikinci dəfə qazanmış olublar.

O həmçinin ardıcıl olaraq ikinci dəfə İngiltərə çempionatının ən yaxşı baş məşqçisi seçilir ki, bu nailiyyət də yalnız Aleks Ferqüson ("Mançester Yunayted") və Joze Mourinyuya ("Çelsi") nəsib olub.

"Mənim üçün bu mükafatı almaq böyük şərəfdir. Mən bu qələbəni öz oyunçularımla bölüşmək istəyirəm, çünki onlar mənim qərargahımla birgə gecənin əsas ulduzlarıdırlar. Ona görə ki, biz Premyer Liqada digər məşqçilərə qarşı, xüsusilə də sonacan mübarizə aparmaq lazım gələn və inanılmaz rəqib olan Yurgen Klopa qarşı çoxlu mübarizə apardıq", - Qvardiola bildirib.


53 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
16.05.19, 08:47
Helikopter çaya düşdü
Go to TOP