Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2019

İran müqavilədən çıxarsa... - Putin

İran nüvə müqaviləsindən çıxdığını bəyan edərsə, hər kəs ABŞ-ın müqaviləni ilk tərk etdiyini unudacaq.

Bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

"İndi deyəcəyim sözlər bəlkə də avropalı dostlarımızın xoşuna gəlməyəcək, ancaq diplomatiyadan kənar bir şey söyləyəcəyəm. Amerikalılar geri çəkilir, razılaşma pozulur və Avropa ölkələri iqtisadiyyatdakı itkiləri aradan qaldırmaq üçün İranla bağlı heç bir şey edə bilmir. Ancaq İran müqaviləni tərk etsə, hər kəs ABŞ-ın müqaviləni ilk tərk edən tərəf olduğunu unudacaq və hər kəs məsuliyyəti İranın üzərinə atacaq. Dünya ictimaiyyəti də bu istiqamətdə hərəkət edəcək", - Putin qeyd edib.


241 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.07.19, 11:01
Braziliya çempion oldu
07.07.19, 10:23
Trampı lağa qoydular
Go to TOP